525.Az

"Zirə"nin "Şerif"lə oyunlarının saatı və məkanı bilindi


 

"Zirə"nin "Şerif"lə oyunlarının saatı və məkanı bilindi<b style="color:red"></b>

UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Zirə” ilə Moldova “Şerif”i arasında keçiriləcək oyunların başlama saatı və məkaın müəyyənləşib.

QOL.az xəbər verir ki, bu barədə "Şerif"in rəsmi saytı məlumat yayıb.

İlk görüş iyulun 11-də “Şerif Arena"da keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Cavab oyunu isə iyulun 18-də Mərdəkandakı "Liv Bona Dea Arena"da keçiriləcək. Bu oyunun start fiti saat 20:00-da veriləcək.

Qeyd edək ki, bu mərhələni adlayacaq komanda 2-ci təsnifat mərhələsində “Elfsborq” (İsveç) – “Pafos” (Kipr) cütünün qalibi ilə görüşəcək.

 





24.06.2024    çap et  çap et