525.Az

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb


 

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb<b style="color:red"></b>

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.

525.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərarla koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 1 oktyabr saat 06:00-dək uzadılıb.

Bundan əvvəl həmin müddət 1 iyul saat 06:00-dək olan dövrü əhatə edib.

 





24.06.2024    çap et  çap et