525.Az

Azərbaycan dövləti İlahiyyat İnstitutuna milli ruhda kadrlar yetişdirmək üçün şərait yaradıb


 

Azərbaycan dövləti İlahiyyat İnstitutuna milli ruhda kadrlar yetişdirmək üçün şərait yaradıb<b style="color:red"></b>

Ölkənin xaricində təhsil alan gənclər savadlı ola bilər. Ancaq onlar oxuduqları ölkənin milli kimliyi olan dinin tədrisini bizə aşılayacaqlar. Bu baxımdan Azərbaycan İlahiyyat İnstitutunun məqsədi ondan ibarətdir ki, milli vətənpərvər ruhda kadrlar yetişdirsin.

525.az xəbər verir ki, bunu Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov “Məzun günü”ndə çıxış edərkən deyib.

Rektor bildirib ki, Azərbaycan dövləti İlahiyyat İnstitutuna milli ruhda kadrlar yetişdirmək üçün şərait yaradıb. O qeyd edib ki, Azərbaycan İlahiyyat İnstitutu İslam dünyasında məzhəbüstü təhsil verən nadir təhsil ocaqlarından biridir.

Rektor məzunlara dini insanlara doğru şəkildə çatdırmağı tövsiyə edib. O, gəncləri dini xurafatdan uzaq olmağa çağırıb.

Sevinc Qarayeva 

 





24.06.2024    çap et  çap et