Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri Rusiya Federasiyasının Qərbdə dondurulmuş aktivlərindən əldə edilən gəlirləri Ukraynaya hərbi yardım üçün istifadə etmək qərarına gəliblər.
525.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Lüksemburqda Aİ ölkələrindən olan həmkarları ilə görüşdən sonra bildirib. Söhbət 1,4 milyard avro məbləğində vəsaitdən gedir.
"Avropa İttifaqında vətəndaşlarının iradəsinə məhəl qoymadan müharibə isteriyası davam edir. Orada da qırmızı xətlər keçilməyə başlayıb. Bu gün Avropa Sülh Fondundan ümumilikdə 1,4 milyard avronun Avropa İttifaqı tərəfindən Ukraynaya silah tədarükünü maliyyələşdirmək üçün istifadə olunacağı açıqlanıb”, - Siyarto deyib.
O qeyd edib ki, bu, Avropa qaydalarına tamamilə məhəl qoymadan baş verib, çünki Macarıstan Ukraynaya hərbi yardım üçün 1,4 milyard avronun ayrılması ilə bağlı qərarların qəbulu prosesindən kənarlaşdırılıb.
Macarıstan əvvəllər Rusiya aktivlərinin bu məqsədlər üçün istifadəsinə qarşı çıxırdı, lakin Aİ diplomatiyasının rəhbəri Cozep Borrel bəyan edib ki, Budapeşt belə bir qərarda iştirakdan imtina etdiyinə görə, Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlərin məhz hara yönəldiləcəyi və onların necə istifadə olunacağı onun iştirakı olmadan da həll edilə bilər.
Pərvanə Sultanova
çap et