525.Az

Fransada sel suları körpünü uçurub


 

Fransada sel suları körpünü uçurub<b style="color:red"></b>

Fransanın İzere vilayətində güclü yağışın yaratdığı seldə körpü sökülərək sürüklənib.

525.az xəbər verir ki, vilayətin La Berarde kəndində gecə saatlarında tufan baş verib. Güclü yağış nəticəsində yaranan sel suları kəndin körpüsünü uçuraraq aparıb. Əlverişsiz hava şəraiti ilə əlaqədar bölgəyə gedən yollar bağlanıb.

Qeyd edək ki, kənddə yaşayan 97 nəfər helikopterlə təhlükəsiz ərazilərə təxliyə edilib.

Məhəmməd Tağıyev

 





24.06.2024    çap et  çap et