525.Az

Yunanıstanda COVID-ə görə xəstəxanaya yerləşdirilənlərin sayı artıb


 

Yunanıstanda COVID-ə görə xəstəxanaya yerləşdirilənlərin sayı artıb<b style="color:red"></b>

Yunanıstanda COVID-19 səbəbilə xəstəxanaya yerləşdirilənlərin sayında artım olub.

525.az xəbər verir ki, Yunanıstan Milli İctimai Səhiyyə Təşkilatının (EODY) dərc etdiyi həftəlik hesabata görə, 10-16 iyun tarixləri arasında COVID-19 epidemiyası səbəbilə xəstəxanaya yerləşdirilən xəstələrin sayı 324 nəfər olub.

Belə ki, 10-16 iyun tarixləri arasında COVID-19-dan 5 nəfər dünyasını dəyişib, 12 nəfər intubasiya olunub.

Qeyd edək ki, əvvəlki dörd həftə ərzində xəstəxanaya yerləşdirilmələrin orta göstəricisi 166 olub.

Məhəmməd Tağıyev

 





24.06.2024    çap et  çap et