525.Az

ABŞ-də 911 təcili yardım xəttində nasazlıq


 

ABŞ-də 911 təcili yardım xəttində nasazlıq<b style="color:red"></b>

ABŞ-nin Massaçusets ştatında sistem nasazlığı səbəbindən 911 təcili yardım xəttinə təxminən 3 saat ərzində daxil olmaq mümkün olmayıb.

525.az xəbər verir ki, Massaçusets ştatında sistem nasazlığı səbəbindən 911 təcili yardım xətti müvəqqəti olaraq fəaliyyət göstərməyib.

Massaçusets İctimai Təhlükəsizlik və Təhlükəsizlik Baş Müdirliyinin Kommunikasiya və Siyasət Direktoru Elaine Driskol mövzu ilə bağlı açıqlamasında nasazlığın yerli vaxtla saat 13:00 radələrində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən fərq edildiyini və milyonlarla insanın 911 zəng nömrəsi ilə təcili xidmətlərə müraciət edə bilmədiyini söyləyib.

Qeyd edək ki, aprel ayında Nebraska, Nevada, Cənubi Dakota və Texas ştatlarında 911 təcili yardım nömrəsinə çıxışda müvəqqəti fasilələr yaranmışdı.

Məhəmməd Tağıyev

 





24.06.2024    çap et  çap et