525.Az

Qəssam Briqadaları: İsrailin komanda mərkəzini bombaladıq


 

Qəssam Briqadaları: İsrailin komanda mərkəzini bombaladıq<b style="color:red"></b>

HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları Qəzza zolağının şimalında İsrail ordusunun nəzarət və komanda mərkəzini minaatanlarla bombaladığını və əsgərlər arasında ölən və yaralananların olduğunu bildirib.

525.az xarici mediaya istinadən xəbər verir ki, Qəssamın Telegram hesabından edilən yazılı açıqlamada Qəzza şəhərinin Əz-Zeytun rayonunda İsrail ordusunun nəzarət və komanda mərkəzinin ağır çaplı minaatanlarla bombalandığı bildirilib.

Açıqlamada hücumda ölənlərin olduğu, ölən və yaralıların daşınması üçün iki Black Hawk və Yasour tipli helikopterin bölgəyə eniş etdiyi bildirilib.

Digər tərəfdən İsrail ordusu radiosu Qəzzanın cənubundakı Rəfah şəhərində tank əleyhinə raket hücumu nəticəsində zirehli birliklərdən iki əsgərin ağır yaralandığını açıqlayıb.

Malik Atilay 

 





24.06.2024    çap et  çap et