525.Az

Meksikada istilər 155 nəfərin həyatına son qoyub


 

Meksikada istilər 155 nəfərin həyatına son qoyub<b style="color:red"></b>

Meksikada ilin əvvəlindən təsirli olan istilər səbəbindən ölənlərin sayı 155-ə yüksəlib, qızmar istilərin oktyabrın 5-dək davam edəcəyi paylaşılıb.

525.az xarici mediaya istinadən xəbər verir ki, həddindən artıq istilərin təsirli olduğu ölkədə ölənlərin sayı artarkən, bəndlərdəki suyun səviyyəsi azalıb.

2024-cü ilin əvvəlindən ölkə daxilində həddindən artıq isti hava səbəbindən 155 nəfər ölüb.

Verakruz, Tabasko, Tamaulipas, Nuevo Leon və San Luis Potosi ştatlarında havanın temperaturu 45 dərəcəni keçib.

Malik Atilay

 





24.06.2024    çap et  çap et