Hindistanın paytaxtı Yeni Dehlidə həddindən artıq istilər səbəbindən 9 gündə 192 evsizin öldüyü açıqlanıb.
525.az xarici mediaya istinadən xəbər verir ki, “India Today” qəzetinin məlumatına görə, “Centre for Holistic Development” qeyri-hökumət təşkilatı 11-19 iyun tarixləri arasında həddindən artıq istilər nəticəsində ölən evsizlər haqqında hesabat dərc edib.
Məlumata görə, paytaxt Yeni Dehlidə 9 gündə 192 evsiz insan həyatını itirib.
Paytaxt Yeni Dehlidə 11-19 iyun tarixləri arasında 2023-cü ildə 75, 2022-ci ildə 150, 2021-ci ildə 58, 2020-ci ildə 124, 2019-cu ildə 143 evsiz həddindən artıq istilər səbəbindən həyatını itirib.
Malik Atilay
çap et