525.Az

İsrail Livandan göndərilən "şübhəli hava obyektini" vurdu


 

İsrail Livandan göndərilən "şübhəli hava obyektini" vurdu<b style="color:red"></b>

İsrail ordusu Livandan göndərilən "şübhəli hava obyekti"nin İsrailin şimalında vurulduğunu açıqlayıb.

525.az xarici mediaya istinadən xəbər verir ki, İsrail ordusundan verilən yazılı açıqlamada: "Hava müdafiə sistemləri İsrail hava məkanına daxil olan şübhəli hava hədəfini zərərsizləşdirib" , - deyə bildirilib.

Hələlik Livandakı Hizbullah və Fələstin müqavimət qruplarından məsələ ilə bağlı heç bir açıqlama verilməyib.

Qeyd edək ki, 7 oktyabr 2023-cü ildən Qəzza zolağına hücumlarını davam etdirən İsrail, şimal sərhədində də Livan Hizbullahı ilə döyüşür.

Malik Atilay 

 





24.06.2024    çap et  çap et