525.Az

Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı apellyasiya müraciətlərinin qəbuluna start verilib


 

Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı apellyasiya müraciətlərinin qəbuluna start verilib<b style="color:red"></b>

21, 22 və 24 iyun tarixində təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətlərinin qəbuluna start verilib.

525.az-a Təhsil İnstitutundan verilən xəbərə görə, müəllimlər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müraciətlərini ünvanlaya bilərlər.

Qeyd edək ki, təhsilverənlər 1 ay müddətində şəxsi kabinetləri vasitəsilə apellyasiya müraciəti edə bilərlər. Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan ediləcək.

 





25.06.2024    çap et  çap et