525.Az

AFFA-nın çempionatında lətifə kimi hadisə


 

AFFA-nın çempionatında lətifə kimi hadisə<b style="color:red"></b>

AFFA-nın keçirdiyi "Coca-Cola U-13 Liqası"nda gerçək lətifə baş verib.

Qol.Az-ın məlumatına görə, noyabrın 4-də keçirilməli olan UGİM (Ağdaş) – “Simurq” matçı baş tutmayıb. Nə qədər qəribə və gülməli görünsə də, buna meydan sahibi rolunda çıxış edən komandanın oyuna gəlməməsi səbəb olub. Adətən, belə hadisələrdə qonaq komanda oyuna getmir, bizdə isə əksi olub: Zaqatala təmsilçisi rəqib meydanına getsə də, yerli komanda oyuna çıxmayıb.

Qeyd edək ki, AFFA İntizam Komitəsi bu səbəbdən UGİM (Ağdaş) komandasına 0:3 hesablı texniki məğlubiyyət verib.

 





13.11.2012    çap et  çap et