525.Az

"Qəbələ" Asif Məmmədovla yeni müqavilə bağladı


 

"Qəbələ" Asif Məmmədovla yeni müqavilə bağladı<b style="color:red"></b>

"Qəbələ” futbolçusu Asif Məmmədovla müqavilənin uzadıldığını rəsmən açıqlayıb.

QOL.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi ilə yeni anlaşma daha bir il müddətinə nəzərdə tutulub.

“Qırmızı-qaralar”ın kapitanı 2024-2025-ci illər mövsümündə də “Qəbələ”nin formasını geyinəcək. Onun anlaşması 2025-ci ilin yayında başa çatacaq.

Qeyd edək ki, 2015-ci ilin yayından “Qəbələ”də çıxış edən yarımmüdafiəçi 2006/07 mövsümünün ikinci yarısında da “qırmızı-qaralar”ın formasını geyinib. O, bu müddətdə 252 oyunda 17 qol vurub. O, Premyer Liqada 197 matçda 13, Azərbaycan kubokunda 31 görüşdə 3, avrokubokların 24 qarşılaşmasında 1 dəfə fərqlənib.

 





25.06.2024    çap et  çap et