525.Az

Aİ liderləri Ursula fon der Leyenlə bağlı razılığa gəliblər


 

Aİ liderləri Ursula fon der Leyenlə bağlı razılığa gəliblər     <b style="color:red"></b>

Avropa İttifaqı (Aİ) liderləri Ursula fon der Leyeni Avropa Komissiyasının rəhbəri vəzifəsinə təyin etmək barədə razılığa gəliblər.

525.az xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Aİ-də yüksək vəzifələr üçün danışıqlar aparan liderlər Ursula fon der Leyenin ikinci müddətə Avropa Komissiyasının sədri vəzifəsinə namizədliyini irəli sürmək barədə razılıq əldə ediblər.

Bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban r Leyenin dəyişdirilməsinə çağırıb. Bunu onunla əsaslandırıb ki, son beş il Avropa İttifaqı tarixində ən pis il olub. Avropanın daha yaxşı liderliyə ehtiyacı var.

Pərvanə Sultanova

 





25.06.2024    çap et  çap et