525.Az

MEK-də füzulişünas alimlərlə növbəti görüş keçirilib


 

MEK-də füzulişünas alimlərlə növbəti görüş keçirilib<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) füzulişünas alimlərlə növbəti görüş keçirilib.

Kitabxanadan 525.az-a bildirilib ki, görüşdə MEK-in direktoru dosent Hüseyn Hüseynov tədbirin Prezident İlham Əliyevin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” 2024-cü il 25 yanvar tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası istiqamətində, AMEA-nın Tədbirlər planına əsasən keçirildiyini diqqətə çatdırıb. Direktor Azərbaycan ədəbi-bədii fikir tarixində müstəsna əhəmiyyəti ilə seçilən dahi mütəfəkkirin ölməz yaradıcılığının diqqətdə saxlanıldığını, zaman-zaman onun müxtəlif aspektlərinə həsr edilmiş monoqrafiya, kitab və məqalələrin dərcini, dissertasiyaların müdafiəsini vurğulayıb, o cümlədən MEK-də şairin yubileyi ilə bağlı sərginin keçirildiyini və “Füzuli 530” adlı elektron bazanın yaradıldığını diqqətə çatdırıb.

Tədbirdə “Füzuli əsərlərinin əlyazmaları dünya kitabxanalarında”, “M.Füzuli əsərləri dünya miqyasında”, “Məhəmməd Füzulinin türkcə “Divan”ının ən qədim əlyazması” mövzularında məruzələr dinlənilib.

Sevinc Qarayeva 

 





25.06.2024    çap et  çap et