525.Az

ABŞ-nin Moskvadakı səfiri nazirliyə çağırılıb


 

ABŞ-nin Moskvadakı səfiri nazirliyə çağırılıb<b style="color:red"></b>

Krımın Sevastopol şəhərinə "ATACMS" raketləri ilə edilən və 4 nəfərin öldüyü hücumun ardından, ABŞ-nin Moskvadakı səfiri Lin Treysi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

525.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada Treysinin Ukraynanın ABŞ-nin himayə etdiyi yeni qanlı cinayəti səbəbilə nazirliyə çağırıldığı bildirilib.

Açıqlamada Krımın Sevastopol şəhərində uşaqların da olduğu mülki şəxslərin hücumda hədəf alındığı, ABŞ-nin Rusiyaya qarşı hibrid müharibə apardığı və münaqişənin tərəfi olduğu vurğulanıb.

Qeyd edək ki, Sevastopol şəhərinin qubernatoru Mixail Ravocayev ötən gün Ukrayna ordusunun Sevastopola raket hücumu nəticəsində 4 nəfərin öldüyünü, 153 nəfərin yaralandığını bildirmişdi.

Məhəmməd Tağıyev

 





25.06.2024    çap et  çap et