525.Az

ABŞ-də 100 milyon insan istilərlə mübarizə aparır


 

ABŞ-də 100 milyon insan istilərlə mübarizə aparır<b style="color:red"></b>

ABŞ-də genişlənən istilik qübbəsi səbəbindən 27 ştatda təxminən 100 milyon insanın həddindən artıq isti havanın təsiri altında olduğu bildirilib.

525.az xəbər verir ki, yüksək təzyiq sisteminin uzun müddət eyni ərazidə asılması və altındakı isti havanın tutulması nəticəsində yaranan istilik qübbəsinin genişlənməsi həddindən artıq temperaturlara səbəb olur.

Belə ki, genişlənən istilik qübbəsi səbəbindən Nyu-York və Los Anceles də daxil olmaqla 27 ştatdan təxminən 100 milyon insan həddindən artıq isti dalğalarına məruz qalır.

Qeyd edək ki, Kaliforniya, Nevada, Arizona və Yuta ştatlarında temperaturun 37,7 dərəcəni keçəcəyi gözlənilir.

Məhəmməd Tağıyev

 





25.06.2024    çap et  çap et