Livandakı Hizbullah Hərəkatı Safed şəhərinin şimal-şərqində İsrail ordusuna məxsus hərbi mövqeyə zərbə endirdiyini, hücumda ölən və yaralananların olduğunu bildirib.
525.az xarici mediaya əsasən xəbər verir ki, Hizbullah verdiyi yazılı açıqlamada İsrail ordusunun Safedin şimal-şərqindəki Ayelet Hashahar bölgəsindəki 91-ci Diviziya qərargahına pilotsuz uçuş aparatlarından (PUA) ibarət hava ordusu ilə hücumun təşkil edildiyi bildirilib.
Əsgərlərin yerləşdirildiyi bölgələrin hədəf alındığı, hücumda İsrail ordusundan ölən və yaralananların olduğu vurğulanıb.
Bildirilib ki, hücum Qəzza zolağında Fələstin xalqına dəstək və “İsrailin Livanın şərqindəki Hayara qəsəbəsində sui-qəsdinə cavab olaraq” həyata keçirilib.
İsrail ordusundan verilən açıqlamada Livandan Aşağı Qalileydəki Misqav bölgəsinə daxil olan PUA-nın qarşısının alındığı bildirilib.
Malik Atilay
çap et