525.Az

Çində güclü yağış daşqına səbəb olub: 47 nəfər ölüb


 

Çində güclü yağış daşqına səbəb olub: <b style="color:red">47 nəfər ölüb</b>

Çinin Quandun əyalətində güclü yağışın səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayı 47-yə yüksəlib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Quanqdun əyalətinin Meycou əyalətində Sonqyuen çayının daşması nəticəsində meydana gələn daşqınlarda Pingyüen rayonunda 38 nəfər ölüb.

Beləliklə, Meycouda daşqınlarda həyatını itirənlərin sayı 47-yə yüksəlib.

Qeyd edək ki, əvvəl də Meişyan rayonunda 4 nəfərin, Ciaolinq rayonunda isə 5 nəfərin öldüyü açıqlanıb.

Malik Atilay

 





25.06.2024    çap et  çap et