525.Az

Daşaltıda bir tondan artıq çətənə bitkisi məhv edilib


 

Daşaltıda bir tondan artıq çətənə bitkisi məhv edilib<b style="color:red"></b>

Şuşanın Daşaltı kəndində bir tondan artıq çətənə bitkisi məhv edilib.

525.az-a bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib

Məlumata görə, Şuşa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən "Xaş-xaş 2024" planına uyğun olaraq tədbir keçirilib. Tədbir zamanı Daşaltı kəndinin ərazisində yabanı halda bitən 1 tondan artıq 2200 ədəd çətənə bitkisi toplanılaraq yandırılıb.

 

 





26.06.2024    çap et  çap et