525.Az

Ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur


 

Ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur<b style="color:red"></b>

Ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur.

Bu barədə 525.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd olunub ki, Daşkəsən, Gədəbəy, Gəncə, Göygöl, Şəmkir, Quba, Qusar, Qax (Sarıbaş), Şamaxı, Qəbələ, Zaqatala, Qobustan, Xaltan, Xaçmaz, Göyçay, Zərdab, Şabran, Altıağac, Lerik, Yardımlıda şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.

Sarı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, Oğuz və Neftçalada 15-20 m/s təşkil edir.

Şamaxı rayonu Ərçiman kəndinə diametri 4-5 mm, Çuxuryurd kəndinə 10 mm, Gədəbəy və Daşkəsən rayonunlarına 12 mm diametrində dolu düşüb.

Yağan leysan yağışlar nəticəsində hazırda Kişçay, Şinçay və Ağsuçaydan sel keçir.

 





26.06.2024    çap et  çap et