525.Az

BMT Keniyada etirazların yatırılmasında zorakılığa yol verilməsindən narahatdır


 

BMT Keniyada etirazların yatırılmasında zorakılığa yol verilməsindən narahatdır<b style="color:red"></b>

BMT Baş katibi Antoniu Quterriş Keniyada etirazların yatırılması zamanı zorakılıq halları ilə bağlı xəbərlərə görə narahatlıq keçirdiyini bildirib.

525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə onun rəsmi nümayəndəsi Stefan Düjarrik məlumat verib.

“Quterriş ölən və yaralananlarla bağlı xəbərlərdən, o cümlədən, onların arasında jurnalistlər və tibb işçilərinin də olmasından kədərlənir. Baş katib həmçinin məqsədyönlü, əsassız həbslərlə bağlı xəbərlərdən də narahatdır”, - bəyanatda deyilir.

BMT Baş katibi Keniya hakimiyyətini bütün nümayişlərin dinc şəkildə keçirilməsi üçün etirazları yatırmaqda təmkinli olmağa çağırıb.

 





26.06.2024    çap et  çap et