525.Az

Ukrayna Polşaya qaz borusu çəkəcək


 

Ukrayna Polşaya qaz borusu çəkəcək<b style="color:red"></b> Ukrayna Polşadan ildə 8-10 mlrd qaz tədarük etmək üçün 110 kilometr uzunluğunda qaz borusu çəkməyi planlaşdırır.
 

525.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə UNİAN agentliyi məlumat yayıb.
 
Layihənin dəyəri 245 mln dollar təşkil edir.
 
Polşanın  “Polenergia” şirkətinin idarə heyətinin sədr müavini Radoslav Dudzinski Polşada keçirilmiş biznes-forumda çıxışı zamanı qaz borusunun 2019-2010-ci illərdə işə salınacağını bildirib. 
 
Qaz borusunun Lvov vilayətindəki “Bilçe-Volitsa” yeraltı qaz  anbarlarından Ukrayna-Polşa sərhədindəki “Drozdoviçi” qaz-hesablayıcı stansiyasınadək çəkilməsi  planlaşdırılıb.
 
Layihənin reallaşacağı təqdirdə Ukrayna Almaniyadan qaz ala biləcək. Bundan başqa, Polşanın Svinouystse şəhərində 2015-ci ildə istifadəyə veriləcək terminaldan  maye qazın tədarük edilməsi də istisna olunmur.
 





15.10.2014    çap et  çap et