525.Az

Zaxarova: Paris İrəvandan öz fürsətcil məqsədlərinə çatmaq üçün istifadə edir


 

Zaxarova: Paris İrəvandan öz fürsətcil məqsədlərinə çatmaq üçün istifadə edir<b style="color:red"></b>

Paris İrəvandan öz fürsətcil məqsədlərinə çatmaq üçün istifadə edir.

525.az APA-ya istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.

O qeyd edib ki, hər yerdə olmaq və heç bir məsuliyyət daşımamaq Fransanın siyasətinə xas xüsusiyyətdir: “Cənubi Qafqazdakı münaqişə kontekstində isə Fransa tərəfinin onu həll etmək üçün milyonlarla imkanları var idi, məsələn, Minsk razılaşmaları.

Bu yalnız görüntü idi. Əsl təzahürlər başqa yerlərdə idi - anti-Rusiya yolunda Kiyev rejiminə qeyd-şərtsiz dəstək. Əslində isə Paris heç bir sülh müqavilələrində maraqlı olmayıb”.

 





26.06.2024    çap et  çap et