525.Az

Güclü külək səbəbindən Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib


 

Güclü külək səbəbindən Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib<b style="color:red"></b>

Hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə 525.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

Eyni zamanda bütün məlumat sürət tablolarında "Güclü külək" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri və məlumat tablolarına diqqət yetirmələri xahiş edilir.

 





26.06.2024    çap et  çap et