525.Az

DİN Nərimanovda törədilən qətllə bağlı sosial şəbəkədə yayılan görüntülərə aydınlıq gətirib


 

DİN Nərimanovda törədilən qətllə bağlı sosial şəbəkədə yayılan görüntülərə aydınlıq gətirib<b style="color:red"></b>

İyunun 26-da paytaxtın Nərimanov rayonunda qətl hadisəsi törədərək hadisə yerindən qaçan şəxsin sosial şəbəkələrdə mülki şəxslər tərəfindən saxlanılması iddia olunan görüntülər yayılıb.

525.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin məlumatında bildirilib.

Qeyd edilib ki, şübhəli şəxsi tərkisilah edən mülki geyimdə olan rütbəli polis əməkdaşıdır.

Xatırladaq ki, dünən Nərimanov rayonunda qətl hadisəsi törədilib.

 





27.06.2024    çap et  çap et