525.Az

Azərbaycanın bank sektorunun xalis mənfəəti 19 faiz artıb


 

Azərbaycanın bank sektorunun xalis mənfəəti 19 faiz artıb<b style="color:red"></b>

Azərbaycanın bank sektoru bu ilin yanvar-may aylarında 519,7 milyon manat xalis mənfəət əldə edib.

525.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 18,9 % çoxdur.

Yanvar-may ayları ərzində bankların əməliyyat gəlirləri 2 300,9 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 23,3 % çox), əməliyyat xərcləri 1 542,9 milyon manat (29 % çox), xüsusi ehtiyatlara ayırmaları 133,1 milyon manat (4,1 % çox), digər gəlirləri 2,3 milyon manat (5,8 dəfə çox), mənfəət vergisi ödəmələri isə 107,4 milyon manat (1,2 % çox) təşkil edib.

 





27.06.2024    çap et  çap et