525.Az

"İranla Azərbaycanın əlaqələrin genişləndirilməsi qarşılıqlı münasibətlərin tələblərindəndir" -  İran XİN başçısı


 

"İranla Azərbaycanın əlaqələrin genişləndirilməsi qarşılıqlı münasibətlərin tələblərindəndir" - <b style="color:red"> İran XİN başçısı</b>

"İranla Azərbaycanın ümumi cəhətlərinin mövcudluğunu nəzərə alaraq, iki dost və qonşu ölkə arasında əlaqələrin genişləndirilməsi və dərinləşdirilməsi qonşuluq siyasətinin təşviqi, möhkəmlənməsi üçün qarşılıqlı münasibətlərin tələblərindən biridir".

525.az İRNA-ya istinadən xəbər verir ki, bu barədə İran xarici işlər naziri səlahiyyətlərini icra edən Əli Baqeri sosial şəbəkədəki hesabında yazıb.

O bildirib ki, Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Samir Şərifovla faydalı və konstruktiv söhbəti olub.

Əli Baqeri Azərbaycan Prezidenti İlham Əliyevin İranın mərhum Prezidenti İbrahim Rəisi və mərhum XİN başçısı Hüseyn Əmir Abdullahianla görüşlərdən bəhs edib (“Report”).

 





27.06.2024    çap et  çap et