525.Az

Sosial ödənişlərə 11 faiz çox vəsait ödənilib


 

Sosial ödənişlərə 11 faiz çox vəsait ödənilib<b style="color:red"></b>

Sosial ödənişlərə yönəldilən vəsaitlərdə artım dinamikası 2024-cü ildə də davam edir.

525.az-a Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən verilən xəbərə görə, cari ilin yanvar-may ayları ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə 3 mlrd. 649 mln. manat vəsait ödənilib.

Bu da ötən ilin müvafiq dövrünə nisbətən 352 mln. manat və ya 11 faiz çoxdur.

 





27.06.2024    çap et  çap et