525.Az

"Boko Haram" tərəfindən girov götürülən 99 nəfər xilas edilib


 

"Boko Haram" tərəfindən girov götürülən 99 nəfər xilas edilib<b style="color:red"></b>

Nigeriyanın şimal-şərqində "Boko Haram" terror təşkilatı tərəfindən girov götürülən 99 nəfər xilas edilib.

525.az xarici mediaya istinadən xəbər verir ki, Çad Gölü bölgəsində üsyanla mübarizə üzrə ekspert Zaqazola Makama özünün "X" hesabında etdiyi paylaşımda ordunun Borno əyalətinin Sambisa meşəsində gizlənən "Boko Haram" terrorçularına qarşı əməliyyatlar apardığını bildirib.

Makama qeyd edib ki, əməliyyatlar zamanı “Boko Haram” tərəfindən girov götürülən 41-i qadın olmaqla 99 nəfər xilas edilib.

2014-cü ildə "Boko Haram" tərəfindən həyata keçirilən məktəb basqını zamanı girov götürülən qız tələbələrdən birinin və iki uşağın xilas edilənlər arasında olduğunu bildirən Makama, uşaqların normal qidalanmadığını və travma keçirdiyini bildirib.

Malik Atilay 

 





27.06.2024    çap et  çap et