525.Az

Rusiyada hücumlarda ölənlərin sayı 21-ə yüksəlib


 

Rusiyada hücumlarda ölənlərin sayı 21-ə yüksəlib<b style="color:red"></b>

Rusiyanın Dağıstan Muxtar Respublikasının İdarəçisi Mavsum Rəhimov Mahaçqala və Dərbənd şəhərlərində silahlı hücumlar nəticəsində ölənlərin sayının 21-ə yüksəldiyini açıqlayıb.

525.az xəbər verir ki, Mavsum Rəhimov iyunun 23-də Mahaçqala və Dərbənd şəhərlərində polis idarəsi, sinaqoq və iki kilsəni hədəf alan hücumlarla bağlı "Telegram" kanalında açıqlama verib.

Açıqlamada: "Daha bir gənc polis həyatını itirib. Terror təhlükəsi ilə mübarizə apararkən, sevdikləri və ölkəsi üçün sipər olmaqdan çəkinməyib. Ailəsinə, yaxınlarına və dostlarına dərin hüznlə başsağlığı verirəm", - deyə bildirib.

Məhəmməd Tağıyev

 





27.06.2024    çap et  çap et