525.Az

Nümayişçilər Genuya limanını bağladılar


 

Nümayişçilər Genuya limanını bağladılar<b style="color:red"></b>

İtaliyada fələstinli tərəfdarlar ölkənin şimal-qərbindəki Genuya limanını avtomobil girişlərinə bağlayaraq, İsrailə silah və sursat göndərilməsinə qarşı nümayiş keçirib.

525.az xəbər verir ki, İsrailə etiraz etmək üçün Genuyadakı nəqliyyat sektorunda çalışan bir qrup fələstinli tərəfdar və həmkarlar ittifaqı səhər erkən saatlarda Genuya limanının girişlərini bağlayıb.

Etiraz səhər saatlarında limanın San Benigno qapısında nəqliyyatın dayandırılması ilə başlasa da, sonradan digər qapılar da bağlanıb.

Qeyd edək ki, saylarının 500-dən çox olduğu bildirilən etirazçılar, Genuya Limanının qapılarını bir-bir bağlayıb və konteyner daşıyan yük maşınlarının gəmilərə yüklənməsinə icazə verməyiblər.

Məhəmməd Tağıyev

 





27.06.2024    çap et  çap et