525.Az

Rusiyada binada yanğın - 8 nəfər öldü


 

Rusiyada binada yanğın - <b style="color:red">8 nəfər öldü</b>

Rusiyanın paytaxtı Moskvadan 25 kilometr şimal-şərqdə yerləşən Fryazino Tədqiqat Mərkəzində yanğın baş verib.

525.az xarici mediaya istinadən xəbər verir ki, yanğın “Platan” Araşdırmalar Mərkəzinin binasının 7-ci mərtəbəsində baş verib. Sonra digər mərtəbələrə yayılıb.

Hadisə yerinə çoxlu yanğınsöndürmə briqadaları göndərilib.

Sıx tüstüdən zərər çəkənlər pəncərələrə yaxınlaşaraq kömək istəyiblər. Yanğın zamanı 8 nəfər ölüb. Rusiya Fövqəladə Hallar Nazirliyi 9 nəfərin binada qaldığını, bir nəfərin isə xilas edildiyini açıqlayıb.

Qeyd edək ki, "Platan" Araşdırma Mərkəzi elektron cihazlar istehsal edir.

Malik Atilay

 





27.06.2024    çap et  çap et