525.Az

Kreml: Rusiya 2000-ci illərin əvvəlindəki vəziyyətə qayıtmayacaq


 

Kreml: Rusiya 2000-ci illərin əvvəlindəki vəziyyətə qayıtmayacaq<b style="color:red"></b>

Kremlin sözçüsü Dmitriy Peskov, Rusiyanın Dağıstandakı terror hücumu səbəbiylə 2000-ci illərin əvvəllərinə dönəcəyindən narahat olmadıqlarını ifadə edərək: "Rusiya indi fərqlidir. Cəmiyyət qəti şəkildə bir-birinə bağlanıb və Dağıstanda gördüyümüzə bənzər terror hərəkətləri Rusiyada və ya Dağıstanda cəmiyyət tərəfindən qəbul edilmir", - deyib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Peskov Dağıstanın Mahaçqala və Dərbənd şəhərlərində 19 nəfərin həyatını itirdiyi hücumu paytaxt Moskvada jurnalistlərə dəyərləndirib.

Rusiya prezidenti Vladimir Putinin hücumda həyatını itirənlərə başsağlığı verdiyini deyən Peskov, Rusiyanın dost olmayan ölkələrdən hücumla bağlı başsağlığı mesajı və heç bir qınama almadıqlarını vurğulayıb.

Peskov Putinin hücumla bağlı inkişafı yaxından izlədiyini və lazımi məlumatların ona davamlı olaraq çatdırıldığını bildirib.

"Rusiyanın hücuma görə 2000-ci illərin əvvəllərindəki vəziyyətə qayıdacağından narahatsınızmı" sualına Peskov belə cavab verib: "Xeyr. Rusiya indi fərqlidir. Cəmiyyət tamamilə inteqrasiya olunub və dünən Dağıstanda gördüyümüz terror təzahürləri insanların reallığı deyil. Rusiya və ya Dağıstandakı cəmiyyət tərəfindən dəstəklənmir”.

Rusiya Daxili İşlər Nazirliyinin verdiyi yazılı açıqlamada Mahaçqala və Dərbənd şəhərlərində naməlum silahlı şəxslərin hücum təşkil etdiyi bildirilib.

Qeyd edək ki, bir polis postu, bir sinaqoq və iki kilsənin hədəf alındığı hücumlarda 15 polis və 4 mülki şəxs həyatını itirib.

Malik Atilay 

 





27.06.2024    çap et  çap et