525.Az

Boliviya Prezidenti: Qazandığımız demokratiyanı heç kim əlimizdən ala bilməz


 

Boliviya Prezidenti: Qazandığımız demokratiyanı heç kim əlimizdən ala bilməz<b style="color:red"></b>

Boliviyada bir qrup əsgərin uğursuz çevriliş cəhdindən sonra ictimaiyyətə müraciət edən prezident Luis Arce: “Bizim qazandığımız demokratiyanı heç kim əlimizdən ala bilməz”, - deyib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Arce inzibati paytaxt La Pazdakı hökumət sarayının eyvanından çıxışında: "Bütün boliviyalılar kimi biz də bütün çevriliş cəhdlərini məğlub edəcəyik", - deyə vurğulayıb. 

Arce ictimaiyyətə demokratiyaya göstərdikləri həssaslıq üçün təşəkkür edib:

"Onların bütün etdikləri ölkənin beynəlxalq imicinə xələl gətirməkdir. Bu gün beynəlxalq ictimaiyyət və Boliviya xalqı dövlət çevrilişinə cəhdin şahidi oldu. Biz komandamız və nazirlərimizlə demokratiyamızı təhdid edən bütün çevriliş cəhdlərinə qarşı mübarizə aparmaq üçün buradayıq. Heç kim qazandığımız demokratiyanı əlimizdən ala bilməz".

Malik Atilay 

 





27.06.2024    çap et  çap et