525.Az

Azərbaycanda Dünya Ətraf Mühit Günü keçiriləcək


 

Azərbaycanda Dünya Ətraf Mühit Günü keçiriləcək<b style="color:red"></b>

Azərbaycanda Dünya Ətraf Mühit Günü keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin müavini və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Anderson iyunun 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən məlumat verib.

Onun sözlərinə görə, 2026-cı il iyunun 5-də Dünya Ətraf Mühit Günü münasibətilə UNEP-in xətti ilə Azərbaycanda Dünya Ətraf Mühit Günü keçiriləcək və bu da qlobal miqyasda ətraf mühit baxımından ən vacib tədbirlərdən biridir.

 





27.06.2024    çap et  çap et