525.Az

Almaniyanın Solingen şəhərində hücum


 

Almaniyanın Solingen şəhərində hücum<b style="color:red"></b>

Almaniyanın Solingen şəhərində molotof kokteyli ilə hücum təşkil edilib.

525.az xəbər verir ki, Solingendə əyləncə salonuna molotof kokteyli atılıb. Partlayış nəticəsində biri 7 yaşlı uşaq olmaqla 4 nəfər yaralanıb. Hücum edən şəxs isə ölüb.

Partlayışdan sonra başlayan yanğın qısa müddətdə söndürülüb. Polisin sıx təhlükəsizlik tədbirləri gördüyü küçə giriş-çıxışlara bağlanıb.

Qeyd edək ki, polis və prokurorluq hücumun terror aktı olub-olmaması ilə bağlı hələlik açıqlama verməyib.

Məhəmməd Tağıyev

 





27.06.2024    çap et  çap et