525.Az

ABŞ dang qızdırması ilə bağlı xəbərdarlıq edib


 

ABŞ dang qızdırması ilə bağlı xəbərdarlıq edib<b style="color:red"></b>

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) ölkədəki həkimlərə dang qızdırması hallarına qarşı diqqətli olmaları barədə xəbərdarlıq edib.

525.az xəbər verir ki, CDC-dən edilən yazılı açıqlamada ABŞ-də dang qızdırması hallarının artması riskinin olduğu ifadə edilib. Açıqlamada ABŞ-də həkimlərə bu xəstəliyə qarşı ayıq olmaları barədə xəbərdarlıq edilib.

Bütün ölkələrdə dang qızdırması hallarının artdığı, yanvarın 1-dən iyunun 24-dək ABŞ-ə səfər edənlər arasında 745 halın aşkarlandığı bildirilib.

Məhəmməd Tağıyev

 





27.06.2024    çap et  çap et