525.Az

Avropa İttifaqı Polşa sərhədlərinin müdafiəsinə sərmayə qoymalıdır - Baş nazir


 

Avropa İttifaqı Polşa sərhədlərinin müdafiəsinə sərmayə qoymalıdır - <b style="color:red"> Baş nazir</b>

“Avropa İttifaqı Polşa sərhədlərinin müdafiəsinə sərmayə qoymalıdır”. 

525.az xəbər verir ki, bu barədə Polşanın baş naziri Donald Tusk Brüsseldə Avropa İttifaqının sammiti başlamazdan əvvəl bəyan edib.

Qeyd edək ki, iyunun 26-da Polşa, Estoniya, Litva və Latviya liderləri Aİ Şurası və Avropa Komissiyasının rəhbərlərinə məktub göndərərək, onları mühafizəni gücləndirmək məqsədilə Rusiya və Belarusla sərhəddə “Şərq qalxanı”nın ikintisinə vəsait ayırmağa çağırıblar. 

“Bu, təhlükəsizliyimizi kökündən yaxşılaşdırmalı, həmçinin sərhədimizdə qeyri-qanuni miqrasiya ilə daha effektiv mübarizə aparmağa imkan verməlidir. Həm də bu, Avropa üzərində böyük bir günbəz layihəsidir. Avropa, o cümlədən Polşa üzərində təhlükəsiz səma olmalıdır. Gözümüzün qarşısında bu, bütün Aİ üçün siyasi prioritetə çevrilir. Mən qeyd olunan məsələdə irəliləyişdən çox məmnunam”, - baş nazir bildirib.

Polşa və Yunanıstanın təklif etdiyi Aİ hava hücumundan müdafiə sisteminin İsrailin “Dəmir qübbəsi”ndən nümunə götürməsi gözlənilir. Polşa hesab edir ki, “Şərq qalxanı” kimi təşəbbüslər NATO ilə koordinasiyada inkişaf etdirilməlidir.

“Şərq qalxanı” adlanan plana Polşanın quru sərhədinin 400 km-lik hissəsində yeni istehkamların, hasarların salınması, relyefin formasının dəyişdirilməsi və xüsusi meşə əkilməsi daxildir. Tədbirlər Polşanı qeyri-qanuni miqrasiyadan və mümkün hərbi işğaldan qorumaq üçün nəzərdə tutulub.

Pərvanə Sultanova

 





27.06.2024    çap et  çap et