525.Az

Azərbaycan cüdoçusu Avropa çempionu oldu


 

Azərbaycan cüdoçusu Avropa çempionu oldu<b style="color:red"></b>

Bu gün Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatına start verilib.

İlk gündə Azərbaycan cüdoçusu Bahadur Feyzullayev (50 kq) qızıl medala yiyələnib.

O, finalda Ukrayna təmsilçisi Rostislav Kostrikinə qalib gəlib. Eyni çəkidəki Məhəmmədəli Hüsiyev isə bürünc mükafat əldə edib.

Qeyd edək ki, bu gün Nihad Rəhimov (60 kq) və Diana Eldarova (48 kq) da üçüncü yer uğrunda görüşə çıxacaqlar. Yarış iyunun 30-da başa çatacaq. (QOL.az)

 





27.06.2024    çap et  çap et