525.Az

Seul Pxenyanın yeni raketi uğurla sınaqdan keçirməsini təkzib edib


 

Seul Pxenyanın yeni raketi uğurla sınaqdan keçirməsini təkzib edib<b style="color:red"></b>

Pxenyan çoxsaylı döyüş başlığı olan raketin uğurla sınaqdan keçirildiyini elan edib. Lakin Cənubi Koreya hərbçiləri Şimalın iddialarını təkzib edərək, onları şişirdilmiş adlandırıblar. 

525.az xarici KİV-ə istinadən xəbər verir ki, rəsmi Seul buraxılışın uğursuzluqla başa çatdığını bəyan edib. Cənubi Koreya ordusu təsdiqləyib ki, Şimal öz uğursuzluğunu ört-basdır etməyə çalışır. 

Şimali Koreya isə ayrılan döyüş başlıqlarının düzgün nişanlandığını və razılaşdırılmış üç hədəfi vurduğunu açıqlayıb. Sınaqın bərk yanacaqla işləyən orta mənzilli ballistik raketin birinci pilləli mühərrikindən istifadə etməklə 170-200 kilometr radiusda aparıldığı bildirilir. 

Çoxsaylı döyüş başlıqlı raketlərin hazırlanması 2021-ci ildə nümayiş etdiriləndən bəri Şimalın beş illik inkişaf planının bir hissəsidir, lakin Şimali Koreya ilk dəfədir ki, belə bir sınaq buraxılışını açıq elan edir.

Cənubi Koreyalı polkovnik Lee Sung Yung bəyan edib ki, Şimali Koreya tərəfindən buraxılan raket uçuşun əvvəlində, təxminən 250 kilometr uçduqdan sonra havada partladığını bildirib. Onun sözlərinə görə, Şimali Koreya, sadəcə olaraq yalan məlumat yayıb.

Pərvanə Sultanova

 





27.06.2024    çap et  çap et