525.Az

Lerikdə zəlzələ olub


 

Lerikdə zəlzələ olub<b style="color:red"></b>

Lerik rayonunda zəlzələ baş verib.

525.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, Lerik stansiyasından 27 km şərqdə Lerik rayonunda zəlzələ qeydə alınıb. Yeraltı təkanların Maqnitudası 5 bal, dərinliyi 18 km olub.

Zəlzələ episentrdə 5 bala yaxın, Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı və Cəlilabad rayonlarında 4 bal, digər rayonlarda 3 bal gücündə hiss olunub.

 





28.06.2024    çap et  çap et