525.Az

“Disney” studiyasının baş animatoru ilə müsahibə - VİDEO


 

“Disney” studiyasının baş animatoru ilə müsahibə - <b style="color:red"> VİDEO</b>

"Real” Televiziyasının xüsusi müxbiri, Amerika Televiziya Sənətləri və Elmləri Akademiyasının üzvü Kamran Qasımov “Disney” studiyasının 1974-2003-cü illərdə baş animator rəssamı olmuş, rejissor, prodüser, ssenari müəllifi Ted Stonzla eksklüziv müsahibə edib.

525.az xəbər verir ki, müsahibədə onun animasiyaya gəlişi nümunəsində ötən əsrin 70-ci illərində Disney studiyasının fəaliyyətinə, animasiya sənətinin sirlərinə, müasir “Hollivud”un tamaşaçı zövqünü formalaşdırması, dünyanı gəzmiş “Qara plaş” (“Darwing Duck”) serialından bəhs edilib. 

Ted Stonz hazırda Kaliforniyada yaşayır. Bir zamanlar böyük maraqla qarşılanan “Qara plaş” serialının yaradıcısıdır, “Ördək əhvalatları”, “Çip və Deyl” animasiya seriallarının yaradıcılarından biridir. Stonz “Aladdin”, “Kral şir” və digər əfsanəvi animasiya filmlərində çalışır. 

 

 

 





28.06.2024    çap et  çap et