525.Az

Bu gün Yasamalda qaz olmayacaq


 

Bu gün Yasamalda qaz olmayacaq<b style="color:red"></b>

Bu gün Bakının Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

525.az-a bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Yasamal rayonu, 7-ci Sallaqxana küçəsində yeni çəkilmiş qaz xəttinin şəbəkəyə qoşulması məqsədi ilə iyunun 28-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Yasamal rayonunun Vasif Əliyev, Zaur Kərimov, Dadaş Bünyadzadə, 7-ci Sallaqxana küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

 





28.06.2024    çap et  çap et