525.Az

Qobustanda mağaza yandırılıb


 

Qobustanda mağaza yandırılıb<b style="color:red"></b>

Bakıda əmlakı qəsdən məhv etmə halı aşkarlanıb.

525.az DİN-ə istinadən xəbər verir ki, iyunun 26-da gecə saatlarında Qobustan qəsəbəsi ərazisində yerləşən bir mağazanın yanması ilə bağlı Qaradağ RPİ-nin 11-ci Polis Bölməsində aparılan araşdırmalarla yanğının qəsdən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Əmlakı qəsdən məhv etmədə şübhəli bilinən Ramin Musayev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

 





28.06.2024    çap et  çap et