525.Az

BANM rektoru əcnəbi tələbələrlə görüşüb


 

BANM rektoru əcnəbi tələbələrlə görüşüb<b style="color:red"></b>

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov BANM-də 2023/2024-cü tədris ilinin yaz semestrində mübadilə proqramında təhsil almış əcnəbi tələbələrlə görüşüb.

BANM-dən 525.az-a bildirilib ki, onlar Turin Politexnik Universitetindən Villy Cospin Kemteu Dumsop, Tümen Sənaye Universitetindən Evelina Unrau, eləcə də Atırau Neft və Qaz Universitetindən Asxat Abujait və Şarbanu Tilekkabilova, Qazaxıstan-Britaniya Texniki Universitetindən isə Dulat Jantasov və Jalgas Salamatovdur.

Görüş zamanı rektor təhsili uğurla başa vuran və ölkələrinə qayıdan tələbələri təbrik edib, onlara müvəffəqiyyətlər arzulayıb.

Eləcə də tələbələr yaradılan şəraitdən məmnunluqlarını və tədrisin yüksək səviyyədə həyata keçirildiyini bildiriblər. Səmimi görüşə görə rektor Elmar Qasımova təşəkkür ediblər.

Sevinc Qarayeva 

 





28.06.2024    çap et  çap et