525.Az

Polineziya partiyasının rəhbərliyi Azərbaycana göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib


 

Polineziya partiyasının rəhbərliyi Azərbaycana göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib<b style="color:red"></b>

Fransanın dənizaşırı ərazisi olan Polineziyanın suverenliyi uğrunda mübarizə aparan “Polineziyanın Azadlığı Uğrunda Müstəqil Cəbhə”nin (Tavini Huiraatira) rəhbərliyi Azərbaycana göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.

525.az "Report"a istinadən xəbər verir ki, bu barədə partiyanın baş katibi Viktor Maamaatuaihutapunun Azərbaycanın rəsmi şəxsləri və təşkilatlarına ünvanladığı məktublarda vurğulanıb.

Təşəkkür məktubları Milli Məclis sədrinin birinci müavini Əli Hüseynliyə, Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılova, Bakı Təşəbbüs Qrupunun (BİG) icraçı direktoru Abbas Abbasova, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayevə, eləcə də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbərliyinə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, Milli Onkologiya Mərkəzinə və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoruna göndərilib.

Məktublarda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə mayın 29-dan iyunun 2-dək “Polineziyanın Azadlığı Uğrunda Müstəqil Cəbhə”nin siyasi partiyasının nümayəndələrinin Azərbaycana səfərinin əhəmiyyəti qeyd olunub.

 





28.06.2024    çap et  çap et