525.Az

Bütün DYP maşınlarında nəzarət kameraları quraşdırılacaq


 

Bütün DYP maşınlarında nəzarət kameraları quraşdırılacaq<b style="color:red"></b>

“Hər bir yol polisinin patrul avtomobilində müfəttişə və sürücüyə nəzarət edən kamera quraşdırılacaq”.


APA-nın məlumatına görə, bunu MDB ölkələrində yol təhlükəsizliyi ilə bağlı vəziyyətə həsr olunmuş Bakı-Moskva-Kiyev-Astana-Kişinyov videokörpüsündə Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polis polkovniki Ramiz Hüseynov bildirib.
 
O qeyd edib ki, bu sahədə görülən işlərin 80 faizi artıq yekunlaşıb: “Quraşdırılan kameralarla müfəttişin və sürücünün dialoquna nəzarət edilməklə, neqativ halların qarşısı alınacaq. Vətəndaşlar bizə müraciət etdikdə, kamera vasitəsilə həmin dialoq araşdırılacaq”.
 
R. Hüseynov bildirib ki, patrul avtomobillərində “bort kompyuterləri” quraşdırılacaq, onlar bu sürücünün cəriməsini protokollaşdıracaq: “Yəni protokollar sürücü və inspektorun iştirakı olmadan rəsmiləşdiriləcək”.
 
 
 

 





13.11.2012    çap et  çap et