525.Az

Tariximizin qaranlıq qatları arxeoloji tapıntıların və arxiv sənədlərinin işığında


 

Tariximizin qaranlıq qatları arxeoloji tapıntıların və arxiv sənədlərinin işığında<b style="color:red"></b>

(Əvvəli ötən sayımızda) 

Baş Layısqı kəndinin 1863- il siyahıyaalınmasında başdan birinci yerdə Hacı Qurbanəli İsrafil oğlunun adı yazılmış, 60 yaşında olduğu qeyd edilmiş, oğlanlarından Molla Yusif Hacı Qurbanəli oğlunun 26, Hüseyn Hacı Qurbanəli oğlunun isə 20 yaşında olduğu göstərilmişdir.

Qəribədir ki, on il sonrakı - 1873- ilin sənədlərində isə Hüseyn Hacı Qurbanəli oğlunun adına rast gəlmirik. Amma onun böyük qardaşı Yusif Əfəndi Hacı Qurbanəli oğlunun adı nüfuzlu şəxs kimi kəndin siyahısında birinci qeyd edilmiş, ailənin tərkibi 5 kişi, 3 nəfər qadından ibarət olduğu göstərilmişdir. XIX əsr Baş Layısqının adlı-sanlı ziyalılar təbəqəsinə mənsub olan bu nəsil şəcərəsini sənədlər üzrə izlədikcə 1886- ildə ailələrin siyahıya alındığı əyalət dəftərində birinci sırada yenə Yusif Əfəndi Hacı Qurbanəli oğlunun adı yazılmışdır. Onun 52 yaşı olduğu qeyd edilmiş, başqa sözlə 1834- ildə doğulduğu vurğulanmışdır. Böyük oğlu Molla Salman 1864- ildə dünyaya göz açmış, 1876- il dekabrın 13- doğulan ikinci oğluna isə Yusif Əfəndi babası İsrafil Bayram oğlunun şərəfinə İsrafil adlandırmışdır.

Yusif Əfəndi Hacı Qurbanəli oğlunun həyat yoldaşının yeganə qızının adı sənəddə göstərilməmişdir. Kənd icmasının dini rəhbəri olan Yusif Əfəndinin 2 evi 9 atı olduğu qeyd edilmişdir. Əhməd Salman oğlunun bu sətirlərin müəllifinə dediyinə görə babası Yusif Əfəndi 1888-ci ildə, 54 yaşında, Qədir gecəsində yuxu gördüyünü, Məkkəyə ziyarətə gedəcəyini oradan bir daha geri qayıtmayacağını yaxınlarına bildirir. Kənd əhalisi ilə halallaşır, böyük oğlu, ərəb fars dillərini mükəmməl bilən, 20 yaşlı Molla Salmanı öz yerinə dini icmanın rəhbəri təyin edir. Müqəddəs yola çıxmamışdan öncə, camaatla vida mərasimində Molla Salman atasını qucaqlayaraq kövrək səslə deyir: - Ata, bizi kimə tapşırıb gedirsən?!

Yusif Əfəndi gənc oğlunun sualına müdrikliklə, hamının eşidəcəyi bir səslə cavab verir: - Mən Sizi halallığa, düzlüyə, ədalətliliyə tapşırıb gedirəm. Əgər bunlara əməl etsəniz sizdən nigarançılığım olmayacaq. Kənd əhli bu dəyərli fikirləri Yusif Əfəndinin son tapşırığı kimi qəbul edir.

Molla Salman atasının nəsihətlərini müqəddəs ayələr kimi yerinə yetirərək ədalətlə, halallıqla, xeyirxahlıqla kənd icmasını idarə edir. Atasını görmək, onun özünü ya qəbrini ziyarət etmək ümidilə bir neçə ildən sonra evini oğlu Məmmədə "həvalə" edərək Məkkə ziyarətinə yola düşür. Hacı tituluna layiq görülsə atasından dəqiq məlumat əldə edə bilmir Məkkədən Layısqıya qayıdır. Bu zaman Hacı Salman Yusif Əfəndi oğlunun ailəsində bir qız uşağı dünyaya gəlir. Hacı Salman tərəddüd etmədən onun adını ziyarət etdiyi müqəddəs şəhərin şərəfinə Məkkə qoyur (Məkkə Hacı Salman qızının nəvəsi Nail Nadir oğlu Qarabağ savaşında qəhrəmanlıqla döyüşərək şəhid olmuşdur - A.R.).

O, sovet dövründə gənclərə ibtidai təhsil verir, ərəb fars dillərini tədris edir, arıçılıq heyvandarlıqla məşğul olurdu. 1926- ildə 62 yaşında sonbeşik oğlu Əhməd Salman oğlu dünyaya göz açır. Sonbeşik oğlunu böyüdüb boya-başa çatdırmaq ona qismət olmur.

Hacı Salman Yusif Əfəndi oğlu 1928-ci ildə - 64 yaşında vəfat etmişdir. Bu nəslin varislərinə indi Baş Layısqıda "Bayramuşağı" nəsli deyirlər şübhəsiz ki, bu zaman qocaman kənd sakinləri Yusiflilər ailəsinin ulu babası, XVIII yüzillikdə yaşamış Bayram Hüseyn oğlunun xatirələrdə yaşayan mərdliyinə, xeyirxahlığına, ədalətliliyinə işarə edirlər.

1886- ildə Göynük sahəsinin pristavı Həbibbəyovun tərtib etdiyi, kənd sakinlərindən Molla Həbibulla İdris Əfəndi oğlunun, Hacı Abdulqafur Əfəndi Hacı Abdul Fəttah oğlunun, Kərim Səlim oğlunun Əhməd Bayraməli oğlunun şəadəti ilə Nuxa Qəza rəisinin köməkçisi, knyaz Andronikovun təsdiqlədiyi Əyalət dəftərindəki siyahıya əsasən bu vaxt Baş Layısqı kəndində 202 ailə, 1250 nəfərdən çox sakin yaşayırmış. Onlardan Gülməmməd Murtuzəli oğlu Cəbrail Qərib oğlu ailəsilə Baş Göynükdən, Hüseyn Məhəmməd oğlu Qaxdan Seyid Nurullah Məhəmmədəli oğlu 9 nəfərlik ailəsi ilə Cunud kəndindən Baş Layısqıya köçmüşdür.

Baş Layısqı kəndinin milli tərkibi bütün sənədlərdə tatar (türk) olduğu,  dini dünyagörüş etibarilə Məhəmməd Peyğəmbərinin dininə mənsubluğu qeyd edilir, əhalinin soyad sonluqlarında Rusiya İmperiyasının köləlik nişanəsi olan "ov, yev ski" şəkilçilərinə rast gəlinmir.

Baş Layısqıya aid kitabın hazırlanmasının təşəbbüskarı, arxiv materiallarının üzə çıxarılmasının ideya müəllifi himayədarı, əsli, kökü nəcabəti etibarilə layısqılı olan, yaxın dostum Abdulla Əhməd oğlu Yusiflinin 300 illik ata, baba ulu babalarının nəsil şəcərəsi arxiv sənədlərinə əsasən xronoloji ardıcıllıqla belədir: 1. Murad Abdulla oğlu Yusifli (1998). 2. Abdulla Əhməd oğlu Yusifli (1962). 3. Əhməd Salman oğlu Yusifli (1926-2013). 4.Hacı Salman Yusif Əfəndi oğlu (1864-1928). 5.Yusif Əfəndi Hacı Qurbanəli oğlu (1834-1888). 6.Hacı Qurbanəli İsrafil oğlu (1803-1877). 7. İsrafil Bayram oğlu (1771-1834). 8. Bayram Hüseyn oğlu (1744-1828). 9.Hüseyn Əfəndi (XVIII) s.

Hesab edirəm ki, Yusiflilər ailəsi ilə bağlı diqqətə çatdırılan bu nümunə hər bir Layısqılı üçün faydalı əhəmiyyətlidir. Çünki onlar siyahılara əsasən xronoloji ardıcıllıq üzrə öz nəsil şəcərələrini, ulu babalarının adlarını, iqtisadi imkanlarını çox asanlıqla izləmək fürsəti qazanacaqlar. Eyni zamanda bu örnək dövlət müstəqilliyimizin möhkəmləndiyi bir dövrdə "Rusiya imperiyasının köləlik nişanəsi"ndən imtina edilməsi, soyadlarımızın milliləşdirilməsi üçün çox mötəbər tarixi qaynaq, təcrübə mənbəyi sayıla bilər.

lll

Arxiv sənədləri kəndin tarixi üçün qiymətli məxəzlər sayılsa da, bir fakt istisna olunmaqla "Layısqı" sözünün etimologiyası, məna çalarları ilə bağlı bizə yeni heç vəd etmirdi. Belə çətin durumda Azərbaycanda toponimik adların fədakar istedadlı tədqiqatçısı, filologiya üzrə fəlsəfə doktoru Əjdər Fərzəlini bu istiqamətdə araşdırmaya dəvət etdik. Onunla Baş Layısqıya getməyi, tarixi yerləri, müqəddəs ocaqları ziyarət etməyi, ağsaqqallarla görüşməyi planlaşdırdıq.

Əjdər müəllim təklifi məmnunluqla qəbul etdi. O, 2010-cu ilin may ayının 27- Bakıdan Baş Layısqıya gedən taksidə səfərin ürəyincə olduğunu, dəfələrlə şəkili dostlarının, o cümlədən "İpəkçi" qəzetinin sabiq redaktoru Salis Məmmədovun onu bu gözəl diyara qonaq çağırdığını, lakin imkanı olmadığını, indiki səfərə isə taleyin qismət etdiyi fürsət kimi  yanaşdığını vurğulayırdı.

Bu da yaşıllığa bürünmüş, başı qarlı Qafqaz sıra dağlarının köksünə sığınmış qədim sirli-sehirli Baş Layısqı... Kənd üç tərəfdən təbii müdafiə sədləri - uca dağlar, sıldırım qayalar ilə əhatələnib. Yaşı min illərlə ölçülən qədim qalaların, kurqanların, məzar yerlərinin bugünümüzə gəlib çatan izləri Layısqının strateji məkan əski mədəniyyətimizin daşıyıcısı olduğunu təsdiqləyir. Ötən əsrin 80-ci ilində burada bir kurqandan tapılan 90-dan çox adda müxtəlif bürünc nümunələr Layısqının eramızdan əvvəl VIII-VII əsrlərdə mövcudluğundan, burada yüksək zövqlü insanların yaşadığından xəbər verir. Kəndin toponimlərində (coğrafi adlarda) alban, hun, oğuz, qıpçaq s. türk soylarının, tayfalarının mifik düşüncələrinin izləri yaşamaqdadır. Baş Layısqı ilə dərindən tanış olmağımıza yaşı 85-i haqlamış, görkəmli maarif xadimi, işıqlı müdrik ziyalı, xeyirxah el ağsaqqalı Əhməd Salman oğlu bələdçilik etdi. Əslində Əhməd müəllim Baş Layısqı kəndinin çağdaş epoxasının canlı ensiklopediyasıdır. Geniş təfəkkürə, möhkəm yaddaşa, yenilməz iradəyə məfkurəyə malik şəxsiyyətdir. Əsilli-nəcabətli ailədə dünyaya göz açan Əhməd Salman oğlu Yusifli iki yaşında ikən atadan yetim qalmış, ana himayəsində böyümüş, həyatın bütün məşəqqətlərindən, İkinci Dünya müharibəsinin odlu-alovlu yollarından mətanətlə keçmiş, ali təhsil almış, vətənpərvərlik ruhunda övladlar böyüdüb tərbiyə etmişdir.

Əhməd müəllimin Layısqının dünəni, keçmişi haqqında söhbətləri gecə keçənə qədər davam etdi. Əjdər müəllim müsahibinə daha çox suallarla müraciət edirdi. Vaxtsız yatsaq da bülbüllərin cəh-cəhi, quşların zümzüməsi bizi obaşdan oyatdı.

(Ardı var)

 





15.10.2014    çap et  çap et